Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda 65,2 min işsiz qeydiyyata alınmayıb

Azərbaycanda 65,2 min işsiz qeydiyyata alınmayıb

Bu ilin avqust ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,7 min nəfər işsiz şəxs olub.

Bu ilin əvvəlindən ötən 7 ay ərzində ölkədə işsizlərin sayı min nəfər azalıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 280,6 min nəfər olub, onlardan 4 milyon 996,5 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı isə 218,5 min nəfər olub, onların 45,3%-ini qadınlar təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.

Editor

Related Posts