Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 660 851 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub.
Müalicə və psixoloji dəstək istiqaməti üzrə – 74 nəfərə 82 036 manat
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə – 153 nəfərə 393 430 manat
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə- 18 nəfərə 145 952 manat
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə- 1 nəfərə 3 400 manat
Digər istiqamətlər üzrə -36 033 manat