Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu il xaricdən 11 mindən çox hibrid avtomobil gətirilib – Qiymətlər

Bu il xaricdən 11 mindən çox hibrid avtomobil gətirilib – Qiymətlər

Bu ilin ilk 7 ayı ərzində Azərbaycana 943 milyon 792 min dollar dəyərində 51 min 179 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Birinci24.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 441 dollar (31 min 350 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 15 min 865 dollar (26 min 970 manat) olub.

Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% və ya 2 min 576 dollar (4 min 379 manat) artıb.

Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 5 min 587 ədəd azalıb.

İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 7 ayında xaricdən 8 min 426 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 7 ayında 11 min 276 ədəd hibrid avtomobil gətirilib.

İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 28 min 929 dollar (49 min 179 manat) olub.

Editor

Related Posts