Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aydandan anası ilə bağlı paylaşım – FOTO

Aydandan anası ilə bağlı paylaşım – FOTO

Aktrisa Aydan Axundzadə anası ilə bağlı paylaşım edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aktrisa valideyninin fotosunu izləyiciləri ilə bölüşərək onun doğum günü olduğunu bildirib:

“Avqustun 11-i anamın doğum günü idi. İnstaqramda yaşadığım problemdən dolayı paylaşmağım mümkün olmadı.

Məni bu dünyaya gətirdiyi, maddi və mənəvi çətinliklərə baxmadan mənə hər şeyin ən yaxşısını verdiyi, həyatda mübariz olmağı öyrətdiyi, yolumda verdiyi qurbanlar və daha nələr-nələr üçün… saymaqla bitməz. Bir sözlə, anam olduğu üçün bütün dünyalarda ona təşəkkürlə baş əyirəm. Təsəvvür belə edəməyəcəyim qədər ağır həyat yolu olan bu qadının qarşısında nədənsə şikayətlənməyə, nəyəsə “of” deməyə utanıram, çünki öz çəkdiyi əzablara göz yumub, mənim xırda-para dərdlərimə sipər olub. İtirəcək heç nəyi qalmadığı halda belə “İlahi, şükür” deyən insandır mənim anam. Üstünə davayla gələn insana dostu kimi qucaq açan, duz-çörəklə, şirin dillə yola salan insandır. Bir tumarla, bir xoş sözlə, bir təbəssümlə qasırğanı yatırandı mənim anam.

Yaxşı ki, varsan, gözəl gözlüm. Sən sağlam yaşa. Həmişə yaşa ki, mən hər anımda qarşında qıvrılıb, başımı dizinə qoyub, uşaqtəki qayğısız qalım. Səni çox sevirəm, Anam!”.

Qeyd edək ki, Aydan Əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahimlə ailəlidir. Cütlüyün bir qızı var.

Editor

Related Posts