Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tütünün məhsuldarlığı 2 dəfəyə yaxın aşağı düşüb

Tütünün məhsuldarlığı 2 dəfəyə yaxın aşağı düşüb

Bu ilin ilk yarısında Azərbaycanda 572,4 ton tütün yığılıb.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 309,6 ton azalıb.

Qeyd edək ki, tütün yalnız 3 rayonda – Balakən, Şəki və Zaqatala rayonlarında əkilib. Bu ilin ilk yarısında Şəki rayonunda 528 ton, Balakən rayonunda 37,8 ton, Zaqatala rayonunda isə 66 ton tütün yığılıb.

Azalma tütünün məhsuldarlığının azalması səbəbindən baş verib. Belə ki, ötən ilin ilk yarısında Şəki rayonunda hər hektardan 6 sentner tütün yığıldığı halda, bu ilin ilk yarısında hər hektardan 3,4 sentner tütün yığılıb.

Editor

Related Posts