Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanın “Yaşıl enerji” Konsepsiyası hazırlanır

Naxçıvanın “Yaşıl enerji” Konsepsiyası hazırlanır

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın “Yaşıl enerji” Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulub.

Muxtar respublikanın “Yaşıl enerji” Konsepsiyasının hazırlanması məqsədi ilə məsləhətçi şirkətlərin cəlb edilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən dövlət satınalması həyata keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi əkinə yararsız torpaq sahələri də müəyyənləşib.

Belə ki, muxtar respublikada müəyyən olunmuş ərazilərdə ümumilikdə 7992 hektar əkinə yararsız torpaq sahələrində “Yaşıl enerji” layihələrinin reallaşdırılması mümkün olacaq.

Editor

Related Posts