Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapılıb

FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapılıb

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

Birinci24.com xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Əldə etdiyimiz məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Editor

Related Posts