Fransada PKK/YPG terror təşkilatını təbliğ edən serial çəkilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “Le Bureau des Legends” adlı serialda terrorçuların təbliğatı aparılır.
Məlumata görə, türkiyəli aktrisa Melisa Sezen de ekran əsərində rol alıb. O, terrorçulardan birini canlandırıb. Bu, Türkiyədə ciddi reaksiyalara səbəb olub.
M.Sezen bu addımına görə tənqid edilib.