Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Niluferlə qızı uşaq qaçırmaqda ittiham olunur – FOTOlar

Niluferlə qızı uşaq qaçırmaqda ittiham olunur – FOTOlar

Aparıcı Reha Muhtarın başına gələn hadisə ilə bağlı şok detallar üzə çıxıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu hadisədən sonra onun keçmiş xanımları aktrisa Deniz Uğur və müğənni Nilufer arasında qalmaqal yaşanıb.

Buna səbəb Niluferin qızı Ayşe Nazlı Yumlunun ögey qardaşı Poyrazı qaçırdıb, evində saxlaması olub.

Tanınmış hüquqşünas Feyza Altun məsələ ilə bağlı açıqlama yayaraq müvəkkili Deniz Uğurun Niluferi şikayət edəcəyini bildirib.

Onun sözlərinə görə, R. Muhtar oğlunun yanında yüksək miqdarda alkoqol qəbul edib. Hətta o, maşına minmədən yerə yıxılıb. Daha sonra isə məlum hadisə baş verib.

Bunun ardınca, A. N. Yumlu atasının D. Uğurla evliliyindən olan oğlunu qaçırdaraq evə aparıb.

F. Altun qarşı tərəflə əlaqə saxladıqlarını, onların isə uşağı verməyəcəklərini dediyini söyləyib.

Editor

Related Posts