Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pakistan Milli Bankının Bakı filialı: “2,5 milyon manat alacağımız var”

Pakistan Milli Bankının Bakı filialı: “2,5 milyon manat alacağımız var”

“Pakistan Milli Bankının Bakı filialı olaraq 0,5 milyon manat öhdəliyimizlə yanaşı, təxminən 2,5 milyon manat alacağımız və bunun müqabilində 3,4 milyon manatlıq girovumuz var”.

Bunu filialın baş menecerinin müavini Sahib Quliyev təmsil etdiyi kredit təşkilatının Azərbaycan bazarını tərk etməsini şərh edərkən deyib.

“Demək olar ki, bütün kapitalımız Maliyyə Nazirliyinin istiqrazlarındadır. Bu istiqamətdə aktivlərimizin dəyəri 6,7 milyon manatdır”, – deyə o, qeyd edib.

S.Quliyevin sözlərinə görə, filialın ləğvinin yaxın 1 ildə tamamlanması nəzərdə tutulsa da, proses uzana da bilər: “Mən şəxsən buna inanmıram, prosesin ən az 2-3 il davam edəcəyini düşünürəm. Məsələn, 2019-cu ildə Almaata, Düşənbə və Aşqabadda da filiallar bağlanıb. Amma indiyə qədər ləğvetmə prosesi yekunlaşmayıb”.

Bakı filialının rəsmisi onu da deyib ki, kredit təşkilatında vaxtilə 20-dən çox adam işləyib, son aylar isə işçilərin sayı yarıbayarı azaldılıb: “Artıq 8-9 nəfər ixtisar edilib, bundan sonra isə 6 nəfər saxlanılacaq”.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.

Editor

Related Posts