Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan ən çox hansı ölkələrdən qaz alır? – Siyahı

Azərbaycan ən çox hansı ölkələrdən qaz alır? – Siyahı

Azərbaycan tərkibi əsasən metan qazından ibarət olan təbii qazı ixrac etsə də, xarici ölkələrdən də müxtəlif qazlar idxal edir.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk yarısında Azərbaycanın xaricdən idxal etdiyi qazlar arasında ilk sırada arqon qazı yer alıb.

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyədən 13 min 604 kub metr arqon qazı idxal edib.

Arqon qazının 98,2%-i İrandan gətirilib.

Bundan başqa Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İtaliyadan 450 kub metr hidrogen, ABŞ-dən 27 kub metr oksigen, ABŞ, Böyük Britaniya, İran və İtaliyadan isə 24 kub metr azot qazı idxal edib.

Azərbaycanın ən çox idxal etdiyi qazlar isə təsirsiz qazlar olub. Əsasən Rusiya, Qətər və Fransadan olmaqla ölkəyə 6 ay ərzində ümumilkdə 15,1 min kub metr təsirsiz qaz gətirilib.

Editor

Related Posts