Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Ali təhsil müəssisələrinin qəbul planı 95,27% dolub

Ali təhsil müəssisələrinin qəbul planı 95,27% dolub

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri, ali təhsil müəssisələri üzrə abituriyentlərin orta bal göstəriciləri, subbakalavrların nəticələri, yeni yaradılan ali təhsil müəssisələrinə qəbul, boş qalan plan yerləri, orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı mətbuat konfransı keçirib.

Birinci24.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

M.Abbaszadə bildirib ki, müsabiqənin nəticələrinə əsasən 55 min 656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 min 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 min 539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

“Ali təhsil müəssisələrinin qəbul planı 95,27% dolub.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur”, – M. Abbaszadə bildirib.

Editor

Related Posts