Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli sentyabrın 13-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, vətəndaşlar sentyabrın 9-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Editor

Related Posts