Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezidentin mühafizə xidmətinin keçmiş əməkdaşı otel otağında ölü tapıldı – Foto

Prezidentin mühafizə xidmətinin keçmiş əməkdaşı otel otağında ölü tapıldı – Foto

Prezidentin Mühafizə Xidmətinin keçmiş əməkdaşı Mahir Məmmədov Kuşadasıdakı otel otağında ölü tapılıb.

Birinci24.com xəbər verir ki, onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Hadisə saat 13.30 radələrində Kadınlar Dənizi rayonunda yerləşən 5 ulduzlu oteldə baş verib. Əldə edilən məlumata görə, Azərbaycan vətəndaşı 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gəlib. Məmmədov bu gün səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib.

Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər. Xəbərdarlığın ardından otelə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən edilib. Mahir Məmmədovun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq.

Qeyd edək ki, xəbəri Türkiyə mediası yayıb.

Editor

Related Posts