Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəbnəm Tovuzlu 350 min manata yeni avtomobil aldı

Müğənni Şəbnəm Tovuzlu özünə yeni, lüks avtomobil alıb.

Bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Şəbnəm bildirib ki, ağ rəngdə lüks nəqliyyat vasitəsini həyat yoldaşı Həci yox, özü alıb: “Mən bütün ayı və ili xalqımızın gözəl məclislərində çıxış etdim. Özüm qazanan qızam. Avtomobili də özüm almışam”.

Verilişin aparıcısı Zaur Kamal isə Ş.Tovuzlunun avtomobili 350 min manata aldığını vurğulayıb.

Daha sonra studiyada quraşdırılmış monitorda müğənninin kanalın girişində park etdiyi avtomobilinin görüntüləri nümayiş olunub. Ağ rəngli “Range Rover” markalı maşının dövlət nömrə nişanı isə “77-CS-077”- dir.

admin

Related Posts