Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üçün müsahibə mərhələsi təşkil olunub

Naxçıvanda peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üçün müsahibə mərhələsi təşkil olunub

Birinci24 informasiya agentliyi xəbər verir ki, avqustun 29-da 2024/2025-ci il tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub.

Müsahibə mərhələsinə peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin test mərhələsində uğur qazanmış namizədlər dəvət olunub.

Müsahibədə “Əməliyyatçı mühasib” və “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası)” ixtisasları üzrə ixtisas fənn müəllimlərinin, “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Xalçaçı” üzrə istehsalat təlimi ustalarının bilik və bacarıqları qiymətləndirilmişdir.

Qeyd edək ki, müsahibənin nəticələri haqqında məlumat müsahibənin keçirildiyi tarixdən 5 iş günü müddətində namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Editor

Related Posts