Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

FHN-in amfibiya təyyarəsi 10 gündən çoxdur Türkiyədədir – Video

FHN-in amfibiya təyyarəsi 10 gündən çoxdur Türkiyədədir – Video

Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Birinci24.com FHN-ə istinadla xəbər verir ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

“Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir”, – nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, sözügedən təyyarə artıq 10 gündən çoxdur ki, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

Editor

Related Posts