Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda 3 kiçik dövlət müəssisəsi və 7 qeyri-yaşayış sahəsi özəlləşdirilib

Naxçıvanda 3 kiçik dövlət müəssisəsi və 7 qeyri-yaşayış sahəsi özəlləşdirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti hərrac keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rayon idarələrinə məxsus əmlakların hərracla satışı zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən şəffaflıq tam təmin olunub, prosesin videoçəkilişi aparılıb.

Sifarişçilərin iştirakı ilə özəlləşdirilməyə çıxarılmış 4 kiçik dövlət müəssisəsindən 3-ü hərrac yolu ilə satılıb. Ordubad şəhərində yerləşən kiçik dövlət müəssisəsinin sifarişçisi olmadığından hərrac baş tutmamış hesab olunub.

Bundan başqa, muxtar respublikada 8 qeyri-yaşayış sahəsinin də özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib. Şərur, Ordubad, Babək və Culfa rayonlarından müxtəlif xidmət sahələrinə aid, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb.

Özəlləşdirilməyə çıxarılan 8 qeyri-yaşayış sahəsindən 7-si hərrac yolu ilə satılıb, 1 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub.

Editor

Related Posts