Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ramiz Mehdiyevin qızı məşhur məktəbin ortağı imiş – Pulun yarısını istəyir 

Ramiz Mehdiyevin qızı məşhur məktəbin ortağı imiş – Pulun yarısını istəyir 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə etiraz edir.

Birinci24.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub.

Məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib.

Hökmdə deyilir ki, Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.

Məktəb bu yaxınlarda icra məmuru tərəfindən 24.7 milyon manata satışa çıxarılıb.

Kamilə Əliyevə isə bununla razılaşmır. Əliyeva şikayətində yazır, Bakı Oksford Məktəbinin 1/2 hissəlik payı ona məxsusdur. O, artıq bütün instansiyalardan keçmiş işi yenidən başlatmaq istəyir.

Hələ ki, məhkəmə onların müraciətinə baxmayıb.

Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasən imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.

Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Editor

Related Posts