Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Havada tozun miqdarı normadan 4,5 dəfə çoxdur

Havada tozun miqdarı normadan 4,5 dəfə çoxdur

Bakıda və Abşeron yarımadasında, eləcə də  Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada tozun miqdarı artıb və hazırda normadan 4-4,5 dəfə yüksəkdir.

Birinci24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, – G.Abbasova qeyd edib.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2,5-3 dəfə yüksək olduğu qeydə alınıb.

Editor

Related Posts