Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əvvəllər 4 manata satılan heyvan dərilərinə tələbat yoxdur

Heyvan ətinə tələbat çox olsa da, dərisini alan azdır.

Təsərrüfat sahiblərinin sözlərinə görə, elə dərilər var ki onların ümumiyyətlə alıcısı yoxdur.

Qəssablar isə deyirlər ki, bir neçə il əvvəl dəriyə tələbat çox olduğu üçün qiymətlər də yüksək idi. İndi isə əksinədir.

Mütəxəssislər bildirirlər ki, sözügedən sahə tənəzzülə uğrayıb. Dəri istehsalı və ixracını genişləndirmək üçün Azərbaycanda birgə müəssisələr yaradılmalıdır. İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, sovet dövründən sonra yüngül sənaye zəifləyib və 2000-ci illərin ortalarına kimi ölkədə bu sahədə irəliləyiş olmayıb.

Fuad İbrahimov bildirir ki, dəri sektoru inkişaf etdirilərsə, ölkə iqtisadiyyatı üçün ciddi irəliləyiş olar.

Ekspert deyir ki, 2021-ci ilin dekabrın 21-də Nazirlər Kabinetinin Qərarı ilə gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirilsə də, sahənin inkişafı üçün konkret addımlar atılmayıb.

admin

Related Posts