Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakılı müğənnini öldürməklə hədələyirlər

Bakılı müğənnini öldürməklə hədələyirlər

Əslən bakılı, Rusiyanın Xalq artisti Larisa Dolinanı öldürməklə hədələyirlər.
Birinci24 informasiya agentliyi xəbər verir ki,fırıldaqçılar ucbatından mənzilini və külli miqdarda pulunu itirən 68 yaşlı estrada ulduzu dövlətdən onu himayəsinə almaqlarını xahiş edib.

Dolina Mərkəzi İnzibati Dairə üzrə Daxili İşlər İdarəsinin rəisinə müraciət ünvanlayıb.

“Baza” teleqram kanalının məlumatına görə, Larisa son vaxtlar özünün və yaxınlarının: qızı və nəvəsini öldürmək və sağlamlığına zərər vurmaqla hədələyən mesajlar almağa başlayıb.

Bildirilir ki, müğənnidən bir müddət əvvəl dələduzlara satdığı mənzili boşaltması tələb olunur. Bununla əlaqədar Dolina özünün və ailəsinin eləcə də mənzil və əmlakının mühafizəyə götürülməsini xahiş edir.

Nəzərinizə çatdıraq ki, sənətçi fırıldaqçıların mürəkkəb hiylələrinə uyaraq Moskvada elit mənzili satıb və əməliyyatdan nəhəng məbləği naməlum şəxsin (ümumi zərər 180 milyon rubl qiymətləndirilir) hesabına köçürüb.

Editor

Related Posts