Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dünya əhalisinin 63,7% sosial şəbəkə istifadəçisidir

Dünya əhalisinin 63,7% sosial şəbəkə istifadəçisidir

Bu ilin iyul ayına olan məlumata görə, dünyada 5,45 milyard internet istifadəçisi var və bu da dünya əhalisinin 67,1%-ini təşkil edir.

Birinci24.com məşhur “Statista” portalına istinadən xəbər verir ki, dünyada internetdən istifadə edənlərin 95%-i və yaxud 5,17 milyardı eyni zamanda sosial şəbəkə istifadəçiləridir.

Bu həm də o deməkdir ki, dünya əhalisinin 63,7% sosial şəbəkə istifadəçisi hesab olunur.

Müqayisə üçün qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 9,19 milyon internet istifadəçisi olub və bu ümumi əhalinin 88%-nə bərabər olub. Azərbaycanda 6,1 milyon sosial şəbəkə istifadəçisi olub ki, bu da ümumi əhalinin 58,4%-ini təşkil edib.

Editor

Related Posts