Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağadadaş Ağayev balta insidenti ilə bağlı klinikadan mənəvi zərər tələb edir

Ağadadaş Ağayev balta insidenti ilə bağlı klinikadan mənəvi zərər tələb edir

Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib.

Birinci24.com-un məlumatına görə, ifaçı məhkəmədə “Medera Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Mənəvi zərərin ödənilməsi” üzrə iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə “Medera Hospital”ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan təmizlikçi qadın Nəzakət Paşayevaya dəyərək onu yaralamışdı.

Editor

Related Posts