Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda nəqliyyat vasitəsindən patronlar və sandıqça aşkar edilib

Naxçıvanda nəqliyyat vasitəsindən patronlar və sandıqça aşkar edilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsi rentgen qurğusundan keçərkən monitorda şübhəli təsvirlər müşahidə olunub və avtomobil əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altındakı boşluqdan yivli odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan 23 ədəd 7,62×39 mm kalibirli patron və 1 ədəd sandıqça aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts