Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məhkəmə Sevdanı izləyən şəxslə bağlı qərar verib

Məhkəmə Sevdanı izləyən şəxslə bağlı qərar verib

Müğənni Sevda Sanaliyeva videoaçıqlama yayaraq bir şəxsin onu izlədiyini və hədələdiyini deyib. İfaçının müraciətindən sonra həmin şəxs polis tərəfindən saxlanılıb.

Açıqlama verən Sevda adını açıqlamadığı şəxslə bağlı məhkəmənin qərar çıxartdığını deyib:

“Müraciətimin səhəri mənə dəstək çıxıldı. Hətta nazirlikdən tapşırıldı, göstəriş verildi. Polislər əllərindən gələni etdilər. Yerlə-göy qədər razıyam. Şəxsi saxladılar və məhkəməyə çıxarıldı. Dəlil yetərsizliyindən həmin şəxs azadlığa buraxıldı. Məndən isə uzaqlaşdırılma qərarı verildi. Buna görə həmin insan mənim yaxınıma belə gələ bilmir. Artıq başım dincdir, problem yaşamıram. Buradan bütün yardım edənlərə, mediaya təşəkkür bildirirəm”.

Qeyd edək ki, Sevda bir kişinin hər gün onun evinin yanına gəldiyini, onu izlədiyini və narahat etdiyini açıqlamışdı.

@oxuaz

Naməlum şəxs Sevdanı izləyir

♬ Oxu.az Son Xəbərlər – orijinal ses – Oxu.az Son Xəbərlər

Editor

Related Posts