Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Müğənni Kərimi toyda niyə döydülər? – Səbəbi məlum oldu

Müğənni Kərimi toyda niyə döydülər? – Səbəbi məlum oldu

Müğənni Kərim Abbasov toyda döyülüb.

Birinci24.com xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.

Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Bildirilib ki, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Kərimin toy zamanı döyülməsinə fonoqramma ifa etməsi səbəb olub

Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:

“Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

Editor

Related Posts