Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hacıqabulda bir ayda narkotiklərlə bağlı 15 nəfər saxlanılıb

Hacıqabulda bir ayda narkotiklərlə bağlı 15 nəfər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər məhkum olunmuş Araz Hüseynov saxlanılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, onun üzərindən 1 kiloqrama yaxın heroin, tiryək və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.

Araşdırmalar zamanı A.Hüseynovun narkotik vasitələrini satış məqsədilə əldə etdiyi müəyyən olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayon sakini Əliağa Bayramov saxlanılıb. Həmin şəxsdən də metamfetamin və heroin aşkarlanıb.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Editor

Related Posts