Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir – Siyahı

Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir – Siyahı

Bu ilin ilk 6 ayında fiziki şəxslər Azərbaycana xarici ölkələrdən 567 milyon 804 min dollar pul göndərilib.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən göndərilən pulun miqdarı 36,2%-i və ya 322 milyon 946 min dollar azalıb.

Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Altı ay ərzində xaricdən köçürülən pulların 50,6%-i (287,1 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pullar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb.

Bu ilin ilk yarısında Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:

Rusiya –  287,1 milyon dollar (ümumi pulların 50,6%-i);
Türkiyə – 82,3 milyon dollar (14,5%);
ABŞ – 30,5 milyon dollar (5,4%);
Gürcüstan – 17,4 milyon dollar (3,1%);
Böyük Britaniya – 16,1 milyon dollar (2,8%);
Birləşmiş Ərəb Əmirlikləri – 15,1 milyon dollar (2,7%);
Qazaxıstan – 11,9 milyon dollar (2,1%);
Almaniya – 11,8 milyon dollar (2,1%);
Avstriya – 9,7 milyon dollar (1,7%);
Səudiyyə Ərəbistanı – 9,4 milyon dollar (1,7%);
İsrail – 7,5 milyon dollar (1,3%);
İraq – 7,1 milyon dollar (1,3%).

Editor

Related Posts