Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda 6 binadan ibarət yeni yaşayış kompleksi salınır

Şərurda 6 binadan ibarət yeni yaşayış kompleksi salınır

Şərurda hər biri 6 mərtəbədən ibarət 6 yeni bina inşa olunur.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində salınan yeni rezidensdə 240 mənzil, 200 yerlik uşaq bağçası və digər xidmət sahələri istifadəyə veriləcək.

2 hektardan artıq ərazi, 6 mərtəbədən ibarət 6 yaşayış binası. Bütün bu işlər Şərur rayonunun Heydər Əliyev prospektində həyata keçirilir. Hazırda 3 binada son tamamlanma işləri aparılır. Digər 3 bina isə növbəti mərhələdə inşasına başlanılacaq. Məqsəd əhalinin mənzil alışına əlçatanlığının təmin edilməsidir.

Editor

Related Posts