Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu gün onlar da məktəbə getdi – FOTO

Bu gün onlar da məktəbə getdi – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda ilk dərs günüdür.

Birinci24 informasiya agentliyi xəbər verir ki, tanınmış simalar da övladlarını birinci sinfə yola salıb.

Əməkdar artist Rafael İsgəndərovun nəvəsi Zəhra bu il ilk dəfə məktəbə qədəm qoyub. Aktyor nəvəsini birinci sinfə yola saldığını bildirib. O, qızı Gülarənin övladı ilə görüntülərini izləyicilərlə bölüşüb.

Aktyor Hikmət Rəhimov oğlu Fuadı birinci sinfə yola salıb. O, övladının şəklinə “Fuad, səni ürəkdən təbrik edirəm. Birinciləri ürəkdən təbrik edirəm” sözlərini yazıb.

Aktyor Elşən Orucovun qızı Selin də bu il birincilər sırasında yer alıb. Övladını məktəbə aparan sənətçi birlikdə olan fotolarını “Bu gün gözəl balam birinci sinfə gedir. İnşallah xalqına, dövlətinə yararlı övlad olarsan, çiçək qızım. Ata səni sevir” sözləri ilə yayımlayıb.

Aparıcı Saleh Bağırov da qızını birinci sinfə yola salıb. Aparıcı övladının şəkillərinə “Başladıq məktəbli həyatına. Zehnin açıq, uğurların bol olsun, ömrüm-günüm” sözlərini yazıb.

Aparıcı Aytən Səfərovanın oğlu Nizami birinci sinfə yollanıb. Səfərova bildirib ki, səhər efiri olduğu üçün övladını məktəbə özü apara bilməyib.

Editor

Related Posts