Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xocavənddə növbəti dəfə insan sümükləri aşkarlanıb

İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı jurnalistlərə bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib: “İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır”.

admin

Related Posts