Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2023-2024-cü tədris ilinin əvvəlinə 6 449 müəllim çalışıb. Onların 5 123-ü qadındır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, həmin təhsil müəssisələrində işləyənlərin 10-u elmlər doktoru, 106-sı isə fəlsəfə doktorudur. Həmçinin dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində dərs deyən müəllimlərdən 8-i professor, 31 nəfəri isə dosentdir.

Editor

Related Posts