Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan idmançısı Tbilisi Marfonunda uğurlu nəticə göstərib

Naxçıvan idmançısı Tbilisi Marfonunda uğurlu nəticə göstərib

Gürcüstanın paytaxt şəhərində “Tbilisi Marathon – 2024” adlı marafon təşkil olunub. Tbilisidə 13-cü dəfə keçirilən ənənəvi yarışa 3000-dən çox insan qatılıb. Kütləvi idman layihəsi çərçivəsində 10 km məsafəyə qaçış, yarımarafon (21 km) və uşaq qaçışları (0.5 km; 1.2 km) reallaşıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ölkəmizdə, eləcə də Türkiyə və Gürcüstanda keçirilən marafonların daimi iştirakçısına çevrilən Naxçıvan atleti Əmrah Nağıyev Tbilisidə qatıldığı növbəti marafonun ilk “20”-liyinə düşüb.

İdmançımız 10 km məsafədə finişə ən tez catan 16-cı iştirakçı olub. Nail olduğu göstəricilər (37:08 dəq) onu 20-25 yaşlılar arasında birinci edib. İdmançımıza marafonun xatirə medalı təqdim olunub.

Editor

Related Posts