Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan boksçusu beynəlxalq turnirin mükafatçısı olub

Naxçıvan boksçusu beynəlxalq turnirin mükafatçısı olub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Belarusun Jabinka şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı 7 medalla başa vurub.

Millimizi 63 kq çəki dərəcəsində təmsil edən Naxçıvan boksçusu Haqverdi Həsənov turniri gümüş medalına sahib çıxıb.

Ölkəmizin digər təmsilçilərindən İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihat Qasımov (50 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.

Editor

Related Posts