Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sentyabrda  ərzaq məhsullarının qiymətləri 2% artıb

Sentyabrda  ərzaq məhsullarının qiymətləri 2% artıb

2024-cü ilin sentyabr ayında Bakı üzrə yerli istehsal olunan 30 əsas ərzaq məhsulunu əhatə edən istehlak səbətinin (İS) orta qiyməti 2% artıb.

Avqust ayında İS-in orta qiyməti 0,6%, iyul ayında 2%, iyun ayında 2% azalıb, may ayında 0,2% artıb, aprel ayında 2% azalıb, mart ayında 5% artıb, fevral ayında 3% azalıb və 2024-cü ilin yanvar ayında 1% artım qeydə alınıb. 2023-cü ilin dekabr ayında İS-in qiyməti 1% artıb, noyabr ayında 2% azalıb, oktyabr ayında 0,5% azalıb, sentyabrda 3% artıb, avqustda 0,8%, iyulda 3%, iyunda 7% artıb, mayda 7% azalıb, apreldə 0,7% artıb, fevralda 1% azalıb, yanvarda isə 2,6% artım qeydə alınıb. 2022-ci ilin dekabr ayında qiymət 1% artıb.

Aşağıdakı məhsulların qiyməti artıb: vermişel və makaron (+40%), qarabaşaq (+40%), süd (+37%), xiyar (+33%), soğan (+22%), ağ kələm (+20%), qarğıdalı yağı (+15%), şəkər tozu (+8%), mal əti (+6%), kərə yağı (+5%) və toyuq əti (+2%).

Aşağıdakı məhsulların qiyməti isə azalıb: pomidor (-44%), alma (-20%) və yumurta (-15%).

Digər ərzaq məhsullarının qiyməti ay ərzində sabit qalıb.

Aşağıda son beş il ərzində qiymət dəyişikliklərini əks etdirən cədvəl təqdim olunur:

İlAyQiymət dəyişikliyi
2023Sentyabr+3%
2022Sentyabr+5%
2021Sentyabr+1,9%
2020Sentyabr-0,1%
2019Sentyabr+0,5%
Məhsulun adı01.09.24 tarixə olan qiymətlər01.10.24 tarixə olan qiymətlərDəyişiklik
AZN%
Mal əti14.5015.50+ 1.06
Qoyun əti20.0020.0000
Toyuq əti5.896.05+ 0.162
Toyuq iç-çalatı3.493.4900
Ağ balıq50.050.000
Kərə yağı18.5019.50+ 1.05
Qarğıdalı yağı (1l)4.495.19+ 0.7015
Marqarin yağı5.905.9000
Yumurta (10 əd.)1.301.10– 0.2015
Şəkər tozu1.651.590.063
Şəkər2.252.45+ 0.208
Duz0.590.5900
Un (1-ci növ)0.580.5800
Vermeşil1.091.53+ 0.4440
Qarabaşaq1.201.50+ 0.3020
Makaron1.091.53+ 0.4440
Düyü (uzun)4.104.1000
Süd (1l)1.892.59+ 0.7037
Xama (100q)0.710.7100
Qatıq (250q)3.493.4900
Pendir8.498.4900
Peçenye yerli3.203.2000
Kartof0.890.85– 0.044
Soğan0.450.55+ 0.1022
Xiyar0.590.79+ 0.2033
Pomidor2.891.59– 1.3044
Kələm0.450.65+ 0.2030
Alma1.190.95– 0.2420
Göyərti (bir dəstə)0.170.1700
 159.90164.63+ 4.732

Editor

Related Posts