Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

O Qarabağda olub. Emin Ağalarov Pavel Durovun Azərbaycana səfərindən danışdı – Video

O Qarabağda olub. Emin Ağalarov Pavel Durovun Azərbaycana səfərindən danışdı – Video

Biznesmen və musiqiçi Emin Ağalarov “Ostorojno: Sobçak” layihəsi çərçivəsində rusiyalı jurnalist Kseniya Sobçaka müsahibə verib və “Telegram”ın yaradıcısı Pavel Durovun Bakıya səfərindən danışıb.

Birinci24.com xəbər verir ki,  E.Ağalarov müsahibəsində P.Durovun Azərbaycan və Bakı ilə tanış olmaq üçün gəldiyini deyib:

“Bilirəm ki, o, rayonlarda olub, hər yeri gəzib. Qarabağda olub. Yəni bütün ölkəni gəzib, göz gəzdirib. Və “See Breeze”də bir neçə gün qalıb”.

Kseniya Sobçakın Azərbaycan Prezidenti İlham Əliyevin Pavel Durovu qəbul edib-etməməsi ilə bağlı sualını cavablandıran Emin Ağalarov bu mövzuda etibarlı məlumatı olmadığını vurğulayıb. O həmçinin Durovun Bakıya səfərininin Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə eyni vaxtda düşməsinin təsadüf olduğunu düşündüyünü deyib.

E.Ağalarovun sözlərinə görə, P.Durov bir neçə gün “See Breeze”də qalıb:

“Onun qrafikinə baxmamışdım, çünki həmin vaxt kənarda idim. Bilirəm ki, o, restoranlarda nahar edib, şam yeməyi yeyib, istədiyi kimi vaxt keçirib”.

Emin Bakıda P.Durova tanışlığından da danışıb: “Durovla Dubayda “Jara” festivalında ilk görüşümüz olub. Burada həmçinin onunla ünsiyyətdə olan dostum Hüseyn Həsənov var idi. Mən kobud desək, “See Breeze”in sahibiyəm, imkanım olanda belə görüşləri axtarmıram. Təbii ki, Paşa Durov kimi məşhur və uğurlu şəxs yaxınlıqda olanda mən ondan “See Breeze”i necə bəyənib-bəyənmədiyini soruşmaq istədim. Çox isti görüş oldu. O çox ağıllı, çox tərbiyəli və savadlıdır. Qısa söhbətimiz oldu. Tamamilə ümumi mövzular”.

Xatırladaq ki, P.Durov Azərbaycana səfərindən sonra avqustun 24-də şəxsi təyyarəsi ilə getdiyi Fransanın “Le Burje” hava limanında saxlanılıb. Avqustun 29-da Paris məhkəməsi “Telegram”ın təsisçisi Pavel Durovu 5 milyon avro girov müqabilində azadlığa buraxıb, lakin ona Fransanı tərk etmək qadağan olunub. P.Durov müəyyən maddələr üzrə bir sıra cinayətlərdə ittiham olunur.

Editor

Related Posts