Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda təsil müəssisələrində dezinfeksiya tədbirlərinə başlanılıb

Naxçıvanda təsil müəssisələrində dezinfeksiya tədbirlərinə başlanılıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb.

Dezinfeksiya tədbirlərinin aparılmasında məqsəd infeksion və mövsümü xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsidir.

Dezinfeksiya işləri Təhsil Nazirliyi ilə bağlanmış müqavilə əsasında “Dezon” şirkəti tərəfindən aparılır.

Qeyd edək ki, dezinfeksiya işlərində istifadə olunan maddələrin insan sağlamlığına heç bir zərəri yoxdur.

Editor

Related Posts