Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanlı sahibkarlar beynəlxalq sərgidə iştirak ediblər

İstanbulun TÜYAP Sərgi Mərkəzində “27-ci Avrasiya Beynəlxalq Paketləmə Sənayesi Sərgisi” keçirilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ləzzət Qida Sənaye”, “Naxçıvan Şərab”, “Karton-Tara” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Savalan-S” kiçik müəssisəsinin nümayəndələri sərgidə iştirak ediblər.

Yüksək səviyyədə təşkil edilmiş sərgidə müxtəlif çeşiddə qablaşdırma avadanlıqları ilə tanış olan naxçıvanlı sahibkarlar əməkdaşlıq edə biləcək şirkətlərlə ikili görüşlər keçirib və perspektivli əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.

Qeyd edək ki, paketləmə sektorunda son texnologiyaları tətbiq etməklə hazırlanmış yüksək keyfiyyətli çeşidlərin sərgilənməsi və xarici bazarlara inteqrasiya olunmaqla satış bazarının artırılması məqsədilə təşkil olunmuş sərgidə 125 ölkənin 1100-dən çox şirkəti iştirak edib.

admin

Related Posts