Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Neft Fondundan büdcəyə transfertlər 13%, müdafiə xərcləri 26% artırılır

Neft Fondundan büdcəyə transfertlər 13%, müdafiə xərcləri 26% artırılır

Hökumət təxminən 1 ay əvvəl açıqladığı ilkin büdcə parametrlərinə dəyişiklik edib. Dövlət büdcəsinin bəyan olunan gəlir proqnozu 1,7 milyard manat artırılaraq 38,3 milyard manata çatıdılıb. İlkin açıqlanan sənəddə gəlirlər 36,6 milyard manat idi.

Gəlirlərin artımı Neft Fondundan köçürmələrin çoxalması hesabına baş verəcək. Belə ki, ilkin büdcə göstəricilərinə dair açıqlamada 2025-ci ildə Neft Fondundan büdcəyə əvvəlki ildə olduğu qədər – 12,781 milyard manat transfert ayırmaq nəzərdə tutulmuşdu. Amma bu gün açıqlanan büdcə sənədindən aydın olub ki, həmin məbləğ 1,7 milyard manat artırılır. Gələn il Fonddan büdcəyə transfertin məbləği 14,481 milyard manat təşkil edəcək.

Bu dəyişiklikdən sonra Neft Fondunun büdcə gəlirlərində xüsusi çəkisi 34,9%-dən 37,8%-ə yüksəlir.  

Dövlət büdcəsinin xərcləri də ilkin proqnozla müqayisədə eyni məbləğdə – 1,7 milyard manat artırılır. Xərclərin həcmi 41,3 milyard manat təşkil edəcək (Əvvəlki variantda 39,6 milayard manat idi).

Bəzi xərc maddələrinə də kəskin dəyişiklik edilib. Məsələn, ilkin büdcə proqnozlarında müdafiə və təhlükəsizlik xəcrləri 6.658 milyard manat nəzərdə tutulduğu halda, bu rəqəm 1,739 milyard manat, yaxud 26,1% artımla 8,396 milyard manata çatdırılır. 

Maraqlıdır ki, sosial müdafiə xərclərinin proqnozu azaldılır: ilkin versiyada 4,998 milyard manat nəzərdə tutulduğu halda, son proqnoz rəqəmlərində həmin məbləğ 187 milyon manat – 3,7% azaldılır.

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün investisiya xərcləri dəyişməz saxlansa da (4 milyard manat), yerdə qalan layihələr üzrə investisya xərcləri 1,759 milyard manat (40%) ixtisar edilib.

Editor

Related Posts