Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hüseyn Həsənovun 10 milyonunu aldılar

Hüseyn Həsənovun 10 milyonunu aldılar

Rusiyanın Kalmıkiya bölgəsindən olan sahibkar Yuliya Milçenko Moskva Arbitraj Məhkəməsində azərbaycanlı bloger Hüseyn Həsənova qarşı iddia qaldırıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məhkəmə qadın sahibkarın iddiasını təmin edib və Həsənovun keçmiş şirkəti “Banda” MMC-dən 10 milyon rubldan çox (təxminən 175 min manat) pulu geri alıb.

Məlumata görə, iddia pullu xidmət müqaviləsi üzrə 9,9 milyon rubl borc və həmin borcun 120 min rubl (2100 manat) faizinin qaytarılması üçün qaldırılıb. Birinci instansiya məhkəməsi onu tam təmin edib.

Məhkəmə materiallarında Həsənov dörd şirkətin təsisçisi kimi qeyd edilib: Əsas fəaliyyəti konsaltinq və informasiya xidmətlərinin göstərilməsi olan “Banda” MMC, “Hyde” MMC – bərbər və gözəllik salonu xidmətləri, “Red Box Trading” MMC – ictimai iaşə müəssisələri və ləğvetmə prosesində olan “Banda Foods” MMC.

Bu günə qədər bloger bütün bu cəmiyyətlərin üzvlüyündən çıxıb.

Editor

Related Posts