Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Anar Məmmədlinin səhhəti pisləşir

Anar Məmmədlinin səhhəti pisləşir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru, qaçaqmalıçılıqda ittiham olunan Anar Məmmədlinin səhhəti gün-gündən pisləşir. Bu barədə  Turana onun vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə,1 saylı Bakı İstintaq Təcridxanasında  saxlanılan Anar Məmmədlinin belində, boğazında  ağrılar var,  baş hərlənməsindən əziyyət çəkir.

“Anar Məmmədlinin səhhəti gün-gündən pisləşir. Onun müayinə olunması, analizlər alınması, yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur”,- vəkil qeyd edib.

Elçin Sadıqov Anar Məmmədlinin barəsində istintaq  hərəkətlərinin aparılmadığını  da deyir. Vəkilin dediklərinə hələlik rəsmi qurumlar münasibət bildirməyiblər. Anar Məmmədli bu il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. 

O, ittihamları rədd edir. Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ səfirliyi, Avropa Şurasının rəsmiləri  Azərbaycan hökumətini Anar Məmmədlini və digər həbs edilənləri dərhal azad etməyə çağırıb. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. 

Editor

Related Posts