Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır – Süni qiymət artımı var

Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır – Süni qiymət artımı var

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 204,7 ton kərə yağı idxal olunub.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.

Qeyd edək ki, bu ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20,9 manat olub.

Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində ciddi dəyişiklik olmayıb.

Ötən ilin ilk 9 ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,4 manat) olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan kərə yaxının gömrük dəyərində cəmi 1% artım olub.

Lakin, onu da qeyd edək ki, son bir ildə idxal olunan kərə yağlarının pərakəndə ticarət şəbəkələrindəki orta satış qiyməti 6,2% artıb.

Belə ki, ötən ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,7 manat olub.

Editor

Related Posts