Today Cümə, 18th Oktyabr 2024
Birinci 24

Birinci 24

Milli Məclisin gündəliyi: Qarabağda torpaqlar icarəyə verilir, ölkədə bələdiyyələr birləşdirilir

Milli Məclisin gündəliyi: Qarabağda torpaqlar icarəyə verilir, ölkədə bələdiyyələr birləşdirilir

İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli şərtlərlə icarəyə veriləcək.

Bu, Milli Məclisin oktyabrın 18-də keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Milli Məclisdə həmçinin bələdiyyələrin birləşdirilməsi də müzakirəyə çıxarılıb.

Müzakirədə bildirilib ki, Azərbaycanda 1400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.

Bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində qeyd edilib.

Qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisi 3000 nəfərdən az olan və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr, onların sosial-iqtisadi vəziyyəti, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla, Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək.

Birləşən bələdiyyələrdən ən böyüyü mərkəz hesab edilərək adlandırılacaq.

Ekspertlər hesab edirlər ki, bələdiyyələrin birləşdirilməsinin heç bir effekti olmayacaq.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2024-cü ilin dekabrında gözlənilir.

Azərbaycanda bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur.

Qanunvericiliyə əsasən, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.

Editor

Related Posts