Bu ilin ötən dövrü ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox qoyulan kişi adı Uğur olub – 1 488 nəfər. Bu dövrdə qızlara isə ən çox qoyulan ad Zəhra olub. 1 044 nəfər qız körpəyə Zəhra adı verilib.
Kişi adları arasında ən çox qoyulan 10 ad aşağıdakı kimi olub:
Uğur – 1 488
Əli – 1 160
Hüseyn – 1 146
Yusif – 1 004
Raul – 921
Ömər – 742
Murad – 626
Məhəmməd – 622
Tunar – 578
Ayxan – 565
Qadın adları arasında ən çox qoyulan 10 ad aşağıdakı kimi olub:
Zəhra – 1 044
Zeynəb – 1 033
Məryəm – 1 031
Aylin – 951
Nilay – 945
Melisa – 919
Ayla – 916
Fatimə – 777
İnci – 771
Mələk – 731
Onu da bildirək ki, son 4 ildə ən çox qoyulan adlar arasında ən çox artım Melisa və Ayla adlarında qeydə alınıb. Ən çox azalma isə Yusif, Zəhra və Nuray adlarında olub.