Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Nazirlik Bakıdakı qoxu ilə bağlı araşdırma apardığını bildirir

Nazirlik Bakıdakı qoxu ilə bağlı araşdırma apardığını bildirir

İki gündür paytaxtın Xətai rayonunda, Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisində sis müşahidə olunur. Eyni zamanda, həmin ərazinin yaxınlığında kəskin pis qoxu da hiss edilməkdədir. 

Birinci24.com xəbər verir ki, ərazidə yaşayan sakinlərin çoxu baş ağrısından və göz yaşarmasından şikayətlənir.

Turan yazır ki, bu, əvvəllər,  neft emalından alınan səmt qazının atmosferə atıldığı vaxtlarda da baş verib. Adətən həmin qaz yandırılır, amma iki gündür yanan səmt qazı məşəli görünmür. Buna görə də kəskin qoxu paytaxtın mərkəzinə doğru yayılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qafqazinfo-ya bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində yayılan iy-qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb. Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır.

Editor

Related Posts