Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Vəkil: “Abzas” işində həbs edilənlərin hüquqları pozulur

Vəkil: “Abzas” işində həbs edilənlərin hüquqları pozulur

“Abzas Media işi”nə görə həbs edilən bütün şəxslərin müdafiə hüququ pozulur və cinayət işinin içərisində olan video materialların surətləri qanunsuz olaraq müdafiə tərəfinə təqdim edilmir.

Birinci24.com xəbər verir ki, bunu vəkil Elçin Sadıqov bildirib.

“Sənədlərin, video materialların surətləri tam şəkildə verilmir. Bu da müdafiə tərəfinin işini çətinləşdirir. Bunlar verilməlidir, çünki bu materiallar iş üzrə sübut kimi göstərilir”.

Vəkil məsələ ilə bağlı şikayət edilsə də, heç bir nəticəsinin olmadığını bildirib.

Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova, Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə bu iş üzrə saxlanılıblar.

Media qurumunun həbsdəki 6 əməkdaşına qarşı qaçaqmalçılıq ittihamı irəli sürülsə də, sonradan cinayət işinə qanunsuz sahibkarlıq və cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma kimi daha ağır ittihamlar əlavə edilib. Bu cinayətlərə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Jurnalistlər bütün ittihamları rədd edir, jurnalist fəaliyyətlərinə görə həbsdə olduqlarını deyirlər.

Editor

Related Posts