Cümə axşamı paytaxtda hava tutqun olacaq, səhər az yağış yağa bilər. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 8 +10, gündüz müsbət 12 + 15 dərəcə olacaq. Rütubət gecə və gündüz rütubət 65-75 faiz olacaq.
Ölkə ərazisində yağıntı şərq bölgəsində olacaq. Bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə müsbət 3 +7, gündüz müsbət 11 + 16 dərəcə olacaq. Dağlarda gecə mənfi 1-5, gündüz 0 + 5 dərəcə olacaq.