Müğənni Nahidə Babaşlı ikinci dəfə “Altın Kelebek” mükafatlarında namizəd olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Nahidə bu dəfə Türkiyədən namizəd göstərilib.
Babaşlı “Ən yaxşı arabesk-fantezi qadın sənətçi” nominasiyasında yer alıb.
Ondan başqa sözügedən istiqamətdə Aynur Polat, Ceylan, Derya Bedavacı, Kibariye, Ebru Yaşar, Seda Sayan, Safiye Soyman, Sibel Can, Tuğçe Kandemir kimi simalar yarışır.
Qeyd edək ki, Nahidə daha öncə “Azərbaycanın parıldayan ulduzu” ödülünü alıb.