Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, onlar Türkiyənin İğdır şəhərində keçirilən muay tay üzrə beynəlxalq turnirdə fərqləniblər.

Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 60 idmançı mübarizə aparıb.

Azərbaycanı Namiq Musayevin rəhbərliyi altında Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü gümüş medala yiyələnib,

Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev birinci, Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yeri tutub.

Editor

Related Posts